Əsas Səhifə > MALİYYƏ > Dünya Bankının Azərbaycanla əməkdaşlıq planı müzakirə edilib - FOTO
Dünya Bankının Azərbaycanla əməkdaşlıq planı müzakirə edilib - FOTO30-03-2023, 17:40 |
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə Bankın 2023-2026-cı illərdə Azərbaycanla əməkdaşlıq planını müzakirə edib. Bu barədə nazir “Twitter” hesabında paylaşım edib. Onun sözlərinə görə, görüşdə Dünya Bankı ilə ölkəmizin iqtisadi əməkdaşlığının gündəliyində olan məsələlər, Bankın hazırladığı investisiya layihələri, 2023-2028-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasının növbəti mərhələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Şəffaflıq.azGeri qayıt |