Əsas Səhifə > Dünya > "Biz atom bombası istehsal edə bilərik, lakin..." - Xamenei

"Biz atom bombası istehsal edə bilərik, lakin..." - Xamenei


13-10-2019, 00:02

 

Biz atom bombası istehsal edə bilərik, lakin bunu etmirik. Çünki dinimizə görə kütləvi qırğın silahının istehsalı haramdır.

Şəffaflıq.az azərtac-a istinadən xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei gənc alimlərlə görüşündə deyib.

O bildirib ki, İran elmi və tibbi məqsədlər üçün nüvə tədqiqatlarını davam etdirməlidir. İran bomba istehsal etmək istəməsə də, düşmənlərin təzyiqinə məruz qalır. Əslində onların dərdi İranın bomba hazırlamaq bacarığı deyil. Onlar İranın neftinə, qazına və digər sərvətlərinə sahib çıxmaq istəyirlər. Lakin İran xalqı düşmənlərin qarşısında heç vaxt baş əyməyəcək.

Ali Dini Lider gənclərə elmdə daha böyük uğurlar qazanmağı tövsiyə edib.
Geri qayıt