Əsas Səhifə > Cəmiyyət > Qırğızıstanda uşaqlar arasına kütləvi zəhərlənmə
Qırğızıstanda uşaqlar arasına kütləvi zəhərlənmə30-03-2023, 09:53 |
Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib. Bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib. “Oş vilayətinin Qara-Su rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib”, - nazirlikdən bildirilib. Zərərçəkənlərə ilkin zəhərlənmə diaqnozu qoyulub. Zəhərlənməyə konkret nəyin səbəb olduğu hazırda mütəxəssislər tərəfindən müəyyən edilir. Müvafiq təhlillər aparılır. Mənbə: TASS Şəffaflıq.az Geri qayıt |