Əsas Səhifə > Cəmiyyət > Qaxbaş kəndinin mərkəzi küçəsi əsaslı şəkildə yenidən qurulub

Qaxbaş kəndinin mərkəzi küçəsi əsaslı şəkildə yenidən qurulub


29-03-2023, 13:32


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qax rayonunun Qaxbaş kəndinin mərkəzi yolu olan İmam Mustafayev küçəsini əsaslı şəkildə yenidən qurub.

Bu barədə agentlik məlumat yayıb.

Bildirilir ki, layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol yatağı və yol əsasının tikintisi, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Eyni zamanda 3 940 kvadratmetr yeni piyada səkisinin inşası, kənarlarına 2 200 p/m səki daşının düzülməsi işləri və ümumi uzunluğu 960 metr olan dəmir-beton su arxının tikintisi aparılıb.

Sonuncu mərhələdə yol birləşmələri təmir edilib, üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkilib.

Qeyd edək ki, 1,1 kilometr uzunluğa malik İmam Mustafayev küçəsinin hərəkət hissəsinin eni ortalama 7,5-8 metr olmaqla yol yatağının eni 10-12 metr təşkil edir.












Şəffaflıq.az


Geri qayıt