Əsas Səhifə > Cəmiyyət > Küçə musiqiçisi ayda nə qədər qazanır?
Küçə musiqiçisi ayda nə qədər qazanır?27-03-2023, 18:53 |
Doqquz ildir küçə musiqisi ilə məşğul olan Dəyanət Eyyubov daha çox retro mahnılar ifa edir. Sabit qazancının olmadığını qeyd edən D.Eyyubov ifalarına görə ona əcnəbilərin daha çox pul verdiklərini deyir: “Ərəblər ən çox 100 dollar pul veriblər”. Cahangir Cahangirzadə isə 2019-cu ildən küçə musiqiçisi kimi çalışır. Onun sözlərinə görə, aylıq qazancı 1 000 manata qədər olur: “Millətimiz çox xeyirxahdır. Elə vaxt olub ki, mənə öz millətimin nümayəndəsi 100 manat pul verib”. Küçə musiqiçiləri deyirlər ki, işin əziyyətli tərəfi soyuq havalarda da bayırda olduqları üçün tez-tez xəstələnmələridir. Ətraflı Baku TV-nin süjetini təqdim edirik: Şəffaflıq.az Geri qayıt |