Əsas Səhifə > Dünya > BMT-də ağır böhran - Qərargahda işıq və istilik kəsiləcək

BMT-də ağır böhran - Qərargahda işıq və istilik kəsiləcək


12-10-2019, 12:44

 

BMT qərargahında maliyyə problemləri ilə əlaqədar elektrik enerjisinin, eskalatorların və isitmə sistemlərinin işi məhdudlaşdırılacaq.

Şəffaflıq.az report-a istinadən xəbər verir ki, məhdudlaşdırıcı tədbirlərlə bağlı beynəlxalq təşkilatın baş katibi Antoniu Quterreş göstəriş verib.
Məlumata görə, böhran beynəlxalq təşkilatın büdcəsinə üzv dövlətlərin əskik ödənişləri ilə bağlıdır.

“Əgər dəqiqliyə qalsa, nağd vəsaitlər nöqteyi-nəzərindən təşkilatın vəziyyəti dəhşətlidir”, – deyə təşkilatdan bildirilib.
Geri qayıt