Əsas Səhifə > Hadisə > Yevlaxda mikroavtobus iki qadını vurub: Ölən var

Yevlaxda mikroavtobus iki qadını vurub: Ölən var


27-03-2023, 11:29


Yevlaxda avtomobil iki qadını vurub.

Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Nizami prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Ruslan Abdullayev idarə etdiyi QAZ markalı mikroavtobusla 1975-ci il təvəllüdlü Səbinə Ələsgərova və 1962-ci il təvəllüdlü Bəsdi Mirzəyevanı vurub.

Piyadalardan Səbinə Ələsgərova hadisə yerində ölüb, xəsarət alan Bəsdi Mirzəyeva isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.


Geri qayıt