Əsas Səhifə > XARİCİ XƏBƏR > Ötən il İranda öldürülən bəlucların sayı AÇIQLANDI - FOTO
Ötən il İranda öldürülən bəlucların sayı AÇIQLANDI - FOTO26-03-2023, 23:20 |
2022-ci ildə İranda 628 etnik bəluc öldürülüb. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, öldürülən etnik bəluclardan 182 nəfər daha çox narkotik ittihamı ilə edam edilib. 2022-ci ildə İranda etirazların yatırılması zamanı da daxil olmaqla, İran təhlükəsizlik qüvvələri tərəfindən 167 nəfər güllələnib. Sistan və Bəlucitan əyalətinin Zahedan şəhərində keçən il sentyabrın 30-da İran polisinin nümayişçilərə qarşı zorakılığı və bundan sonra hökumətin bu addımına qarşı xalq etirazları zamanı “Qanlı cümə” günündə 121 nəfər həlak olub. Şəffaflıq.az Geri qayıt |