Əsas Səhifə > Hadisə > Göygöldə avtomobil maneəyə çırpılıb, ölən var

Göygöldə avtomobil maneəyə çırpılıb, ölən var


26-03-2023, 22:29


Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, rayon ərazisində minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü, 1980-ci il təvəllüdlü Emin Novruzov ağır xəsarət alıb.

O, xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt