Əsas Səhifə > XARİCİ XƏBƏR > Tunisdən İtaliyaya getmək istəyən qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 29 nəfər itkin düşüb.
Tunisdən İtaliyaya getmək istəyən qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 29 nəfər itkin düşüb.25-03-2023, 07:49 |
Tunisdən İtaliyaya getmək istəyən qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 29 nəfər itkin düşüb. Bu barədə Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, onlardan 5-nin meyiti tapılıb, digərlərinin aqibəti naməlumdur. Qeyd edilir ki, bu, Tunis sahillərində son 2 gündə qəzaya uğrayan 5-ci qayıqdır. Tunisdən İtaliyaya getmək istəyən mühacirlərin sayı gündən-günə artır. Sonuncu qayığın batması ilə bu günlərdə itkin düşən miqrantların ümumi sayı 67 nəfərə yüksəlib. İtaliyanın Sahil Mühafizəsi xidmətinin əməkdaşları dünən Aralıq dənizində qeyri-qanuni miqrantlara qarşı əməliyyat keçirib. Birinci əməliyyatda balıqçı gəmisi ilə İtaliyaya getməyə çalışan 295 miqrant, ikinci əməliyyatda isə 450 miqrant xilas olunub. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, 2022-ci ilin analoji dövründə Tunisdən İtaliyaya gedən miqrantların sayı 1 300 nəfər olub, bu ilin eyni dövründə onların sayı 12 min nəfərə çatıb. Geri qayıt |