Əsas Səhifə > SİYASƏT > İlham Əliyevin Talış kənd sakinləri ilə görüşündə səmimi anlar yaşanıb - VİDEO

İlham Əliyevin Talış kənd sakinləri ilə görüşündə səmimi anlar yaşanıb - VİDEO


18-03-2023, 23:23


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olublar.

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Arzu Əliyeva səfər çərçivəsində kənd sakinləri ilə görüşüb söhbət ediblər.

Söhbət səmimi anlarla yadda qalıb:

Prezident İlham Əliyev: Qarşıdan gələn bayram münasibətilə və Talış kəndinə qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Biz qayıtmışıq, əbədi burada yaşayacağıq.

Qadın sakin: İnşallah.

Prezident İlham Əliyev: Baxın, bu Talış kəndinin birinci mərhələsidir. Görün nə qədər gözəldir. Göz oxşayır bütün binalar.

Sakinlər: Allah Sizi qorusun, Allah Sizə dəyməsin.

Prezident İlham Əliyev: Yəqin ki, uzağı bir ildən sonra qalan bütün 158 ev də tikiləcək.

Sakinlər: Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Burada mindən çox insan yaşayacaq. Ondan sonra minlərlə insan yaşayacaq.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Biz öz doğma torpaqlarımıza qayıtmışıq, qan tökərək, şəhidlər verərək. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Sakinlər: Amin.

Prezident İlham Əliyev: Onların qanı bahasına biz gəlmişik, sizi də gətirmişik. Siz də artıq iki gündür ki, buradasınız, bilirəm.

Sakinlər: Çox sağ olun, təşəkkür edirik.

Prezident İlham Əliyev: Məşğulluqla bağlı, ictimai işlərdə işləməklə bağlı, dövlət işində işlə bağlı bütün məsələlər həll olunub. Qarabağ cənnətdir.

Qadın sakin: Azərbaycandır!

Prezident İlham Əliyev: Azərbaycandır!

Sakinlər: Şəkil çəkdirək.

Prezident İlham Əliyev: Hə, gəlin çəkdirək.

Kişi sakin: Çox sağ olun, Allah canınızı sağ eləsin. Bizə bu cür şərait yaratdığınız üçün Sizə minnətdarıq. Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Harada yaşayırdınız?

Kişi sakin: Bərdə rayonunda. İndi isə öz kəndimizdəyik. Allah canınızı sağ eləsin.

Şəffaflıq.az


Geri qayıt