Əsas Səhifə > XARİCİ XƏBƏR > Ərdoğandan “Taxıl sazişini” ilə bağlı AÇIQLAMA
Ərdoğandan “Taxıl sazişini” ilə bağlı AÇIQLAMA18-03-2023, 19:12 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi”nin müddətinin uzadıldığını bəyan edib. Bu barədə Türkiyə mətbuatı xəbər verib. Hələlik əldə edilən yeni sazişin detalları barədə məlumat verilməyib. Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Şəffaflııq.az Geri qayıt |