Əsas Səhifə > Hadisə > Dənizkənarı Milli Park yaxınlığında sudan kişi meyiti tapıldı

Dənizkənarı Milli Park yaxınlığında sudan kişi meyiti tapıldı


18-03-2023, 18:33


Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

FHN-dən verilən xəbərə görə, meyitin dənizdən çıxarılmasına kömək məqsədilə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şəffaflıq.az


Geri qayıt