Əsas Səhifə > Cəmiyyət > Azərbaycan güləşçisi erməniyə qalib gəlib yarımfinala çıxdı

Azərbaycan güləşçisi erməniyə qalib gəlib yarımfinala çıxdı


18-03-2023, 18:25


Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, güləşçimiz Vaxit Qalayev (125 kq) ermənistanlı rəqibi Martin Simonyana 10:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

O, final yolunda Solomon Manaşvilinin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.

Şəffaflıq.az


Geri qayıt