Əsas Səhifə > Cəmiyyət > Bakıda velosiped sürən kişi və qızını avtomobil vurdu: Ölən var

Bakıda velosiped sürən kişi və qızını avtomobil vurdu: Ölən var


18-03-2023, 17:12


Bakıda avtomobil velosipedlə toqquşub.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Bəhlulzadə küçəsində qeydə alınıb. 

45 yaşlı Rauf Süleyman oğlu Zeynalov idarə etdiyi “Ford Transit” markalı avtomobillə qarşısına çıxan velosipedçi 51 yaşlı Sabirabad rayon sakini Süliddin Lətif oğlu Əliyevi vurub. 

Hadisə nəticəsində Süliddin Əliyev həyatını itirib. Velosipedin arxa oturacağında əyləşən, Süliddin Əliyevin qızı, 12 yaşlı Zeynəb Əliyeva açıq kəllə-beyin travması, beyin əsasının sınığı, daxili qanaxma və qabırğanın çoxsayılı sınığı diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 


Geri qayıt