Əsas Səhifə > Hadisə > İmişlidə sürücü yolda uzanan kişini öldürüb qaçıb

İmişlidə sürücü yolda uzanan kişini öldürüb qaçıb


18-03-2023, 15:33


İmişlidə maşın asfaltda uzanan kişinin üzərindən keçib. 

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Sarıxanlı kəndində qeydə alınıb.

67 yaşlı Ziyadxan Həsənbala oğlu Murtuzayev idarə etdiyi VAZ-2106 markalı avtomobillə İmişli rayonu Boşçallar kənd sakini, 50 yaşlı Fərman Qəhrəman oğlu Xasayevi vuraraq öldürüb.

Məlumata görə, Fərman Xasayev yolun asfalt örtüyü üzərində uzanmış vəziyyətdə olub. Sürücü avtomobili hadisə yerində saxlayaraq qaçıb. Polis əməkdaşları həmin sürücünü yaxalayıblar və cinayət işi başlanılıb.


Geri qayıt