Əsas Səhifə > XARİCİ XƏBƏR > Litvanın Dövlət Poçtu Rusiyaya bağlamaların göndərilməsini dayandırdı
Litvanın Dövlət Poçtu Rusiyaya bağlamaların göndərilməsini dayandırdı17-03-2023, 23:53 |
Litva Dövlət Poçtu Rusiyaya bağlamaların göndərilməsini müvəqqəti olaraq dayandırıb. Bu addım beynəlxalq sanksiyalarla bağlı Rusiyaya daşınmalara qoyulan yeni tələblərə görə atılıb. Bu cür bağlamalarla bağlı tələblər Latviya poçtu tərəfindən müəyyən edilir. İndiyə qədər Litvadan Rusiyaya bağlamalar tranzit yolu ilə keçirdi. Latviya Poçtu bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına lazımi şəkildə riayət edilməsi üçün indidən sonra poçt bağlamalarını qəbul etməyəcək. "Əgər bağlamalarda olan malların kateqoriyasını təsvir edən əlavə məlumatlar təqdim edilməzsə, göndərişə icazə verilməyəcək”, - deyə məlumatda qeyd edilib. Qurumdan həmçinin əlavə edilib ki, Rusiyaya bağlamaların göndərilməsi üçün həll yolları axtarılır. Yazılı korrespondensiya - məktublar və açıqcaların Rusiyaya göndərilməsinə isə qadağa tətbiq olunmayıb. Mənbə: LRT Şəffaflıq.az Geri qayıt |