Əsas Səhifə > XARİCİ XƏBƏR > Lukaşenko və Putin Azərbaycandan keçəcək nəqliyyat dəhlizini müzakirə ediblər

Lukaşenko və Putin Azərbaycandan keçəcək nəqliyyat dəhlizini müzakirə ediblər


17-03-2023, 23:31


Martın 17-də axşam saatlarında Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin arasında telefon danışığı olub.

Dövlət başçıları digər mövzularla yanaşı, Rusiya, Azərbaycan və İran ərazisindən keçəcək Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisinin perspektivlərini müzakirə ediblər.

Müvafiq mövzu martın 12-13-də Aleksandr Lukaşenkonun İrana rəsmi səfəri zamanı da qaldırılıb. Belarus dövlət başçısı bildirib ki, ölkəsi İran və Rusiya ilə birlikdə adı çəkilən beynəlxalq nəqliyyat dəhlizinin inkişafında iştirak etmək niyyətindədir.

Bundan əlavə, martın 17-də Belarus Dəmir Yollarının rəhbəri Vladimir Morozov və Rusiya Dəmir Yollarının filialı olan Volqa Dəmir Yollarının rəhbəri Sergey Almeyev arasında işçi görüşü keçirilib. Tərəflər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaları sahəsində əməkdaşlığı müzakirə ediblər.

Mənbə: belta.by

Şəffaflıq.az


Geri qayıt