Əsas Səhifə > MALİYYƏ > Əli Əsədov qiymət artımından danışdı - VİDEO
Əli Əsədov qiymət artımından danışdı - VİDEO17-03-2023, 21:39 |
Azərbaycanda istehlak qiymətləri idxal edilmiş inflyasiya hesabına artıb. Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən deyib. Baş nazirin sözlərinə görə, inflyasiya son illərdə bütün dünyada ciddi problemə çevrilib: “O cümlədən, ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiya templərinin artması müşahidə edilib, orta illik inflyasiya 20,4% olub. Bu proses ölkə daxilində də qiymətlərin ümumi səviyyəsinin artmasına təsir göstərib”. Ə. Əsədov qeyd edib ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib: "Xüsusilə, ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22%-dən çox olub. Azərbaycandakı inflyasiya əsasən idxal edilib”. Daha ətraflı Baku TV-nin süjetində: Şəffaflıq.az Geri qayıt |