Əsas Səhifə > Gündəm > "Sən mənə 3 dəfə məğlub olmusan" - Deputatdan Aslan İsmayılova SƏRT İSMARIC
"Sən mənə 3 dəfə məğlub olmusan" - Deputatdan Aslan İsmayılova SƏRT İSMARIC6-12-2018, 00:35 |
"Ən böyük nemətlərimizdən biri ölkəmizdə olan sabitlikdir. Ancaq ölkəmizi qarışdırmaq istəyən qüvvələr hələ də var, həm xaricdə, həm də təəssüf ki, xaricdə. Ancaq belələri nəticə əldə edə bilmirlər və bilməyəcəklər də. Bugünlərdə sərhəddə silahlı insident baş verdi. Qəhrəman sərhədçilərimiz qanunsuz keçidin qarşısını aldılar. Elə özünü radikal müxalifət adlandıran qüvvələr də aranı qarışdırmaq istəyirlər. Ancaq onlar da nəticə əldə edə bilməyəcəklər". Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bildirib. A.Əliyev deyib ki, Azərbaycan vətəndaşlarına xaos və anarxiya yox, sabitlik və inkişafın davamı lazımdır: "Biri də var, bilmirsən onu nə adlandırasan, özünə vəkil deyir, ancaq nəyə və kimə vəkillik etdiyi anlaşılmır. Aslan İsmayılov uzun fasilədən sonra yenə mənim ünvanıma böhtan atıb. Ümumiyyətlə bir azdan bu şəxsin böhtan atmadığı, şərləməyə çalışmadığı həmvətənlimiz qalmayacaq. 1 saatlıq açıqlamada ən azı 30-40 nəfərin adını çəkib və hamısınıın ünvanına ağlına gələni danışıb. Yəni bu açıqlamada onun böhtanları ilə bağlı ən azı 3-4 məhkəmə işi açmaq olar. Bu adam hüquq təhsilini necə alıb, məhkəmədə necə vəkillik edib, adam məətəl qalır. Hüququn “a” hərfi ondan başlayır ki, sübutun, faktın yoxdursa başqasına qarşı ittiham irəli sürməzlər, əks halda səni böhtançı, yalançı, şərçi adlandırırlar. Ona görə elə adı üstündədir. Məsələn açıqlamasında deyir ki, guya məktəb direktoru ilə idmançı arasındakı qovğada mən ikincini dəstəkləyirəm və həmin idmançı guya mənim təlimatımla hərəkət edir. Yəni bu “hüquqşünasın” məntiqi belədir ki, ölkədə bütün idmançılara və onların cəmiyyətdə özlərini necə aparmalarına mən cavabdehəm. Birincisi, bəli həmin idmançını tanıyıram, görüşəndə salamlaşırıq, birgə şəkillərimiz də var. Mən millət vəkiliyəm, minlərlə insanla şəkil çəkdirib, salamlaşıram. Ancaq bu salamlaşma mənim həmin adamların nə etdiklərinə və nə edəcəklərinə məsuliyyət daşıma anlamına gəlmir. Bunu hüququ biliyi olmayan azyaşı uşaq da anlayar, bircə üzdəniraq məlum hüquqşünasdan başqa. Məktəb direktoru ilə idmançı arasındakı olay barədə mətbuatdan oxumuşam, kimin haqlı, kimin haqsız olduğun da bilmirəm. İkincisi, ay “hüquqşünas” parlament seçkisi arxada qalıb, Sən mənə 3 dəfə məğlub olmusan, bunu bizim dairədə və ölkədə bilməyən yoxdur". \\Demokrat.Az Geri qayıt |