Son zamanlar münasibətlərində gərginlik yaşayan İlkin Həsəni və həyat yoldaşı, influenser Aysel Həsəni ilaxır çərşənbəni bir-birindən ayrı keçiriblər.
Şəffaflıq.az-ın məlumatına görə, aparıcı torpaq çərşənbəsini ailəsi ilə birlikdə Bakıda, Aysel isə öz ailəsi və qızı Alisa ilə Qəbələdə qeyd edib. Onlar bu barədə sosial media hesablarında görüntülər paylaşıblar.
Bir gün öncə İlkin anasının doğum günündə də yalnız iştirak edib. O, “Instagram”da “Dünyanın ən rahat və təhlükəsiz yerindəyəm hazırda” şərhi ilə anasının ona sığal çəkdiyi fotonu izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, cütlük bir-birini “Instagram”da izləmədən də çıxarıb. Aysel İlkinlə olan fotolarını da şəxsi hesabından silib.