Əsas Səhifə > İdman > Namiq Abdullayev baş məşqçi vəzifəsindən ayrıldı: Onu yığmanın sabiq üzvü əvəzləyəcək
Namiq Abdullayev baş məşqçi vəzifəsindən ayrıldı: Onu yığmanın sabiq üzvü əvəzləyəcək15-03-2023, 16:53 |
Azərbaycan güləş millisində baş məşqçi dəyişikliyi reallaşıb. Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata görə, Namiq Abdullayev qurumun İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda güləşin inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə ölkədə sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq baş məşqçi vəzifəsindən ayrılıb. Bu vəzifəyə yığma komandanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib. Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində də dəyişiklik edilib. AGF vitse-prezidenti Namiq Əliyev tərəfindən daha öncə sərbəst və qadın güləşi üzrə yığma komandalarımızı çalışdırmış Semyon Çterev baş məşqçi kimi kollektivə təqdim edilib. O, bu postda Rövşən Ümudovu əvəzləyib. AGF mütəxəssislə əməkdaşlığın bundan sonra da davam edəcəyini açıqlayıb. Şəffaflıq.az Geri qayıt |