Əsas Səhifə > Cəmiyyət > İki azərbaycanlı şagird Massaçusets Texnologiya İnstitutuna birbaşa qəbul aldı - FOTO

İki azərbaycanlı şagird Massaçusets Texnologiya İnstitutuna birbaşa qəbul aldı - FOTO


15-03-2023, 16:03


Azərbaycandan olan iki şagird ABŞ-nin dünyaca məşhur Massaçusets Texnologiya İnstitutuna birbaşa qəbul alıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlı həmin İnstituta qəbul alıblar.

Fidan Qarayeva riyaziyyat fənni üzrə, Dəniz Səttarlı isə kimya fənni üzrə dəfələrlə beynəlxalq və respublika olimpiadalarının qalibi olublar.


Fidan Qarayeva

Dəniz Səttarlı

Şəffaflıq.az


Geri qayıt