Əsas Səhifə > Cəmiyyət > Basqal qəsəbəsində Torpaq çərşənbəsi böyük coşquyla qeyd olunub
Basqal qəsəbəsində Torpaq çərşənbəsi böyük coşquyla qeyd olunub15-03-2023, 15:32 |
Basqal qəsəbəsində Torpaq çərşənbəsi böyük coşquyla qeyd olunub 15 mart ölkədə İlaxır çərşənbə, Novruz bayramından öncə qeyd edilən çərşənbələrin sonuncusu, Torpaq çərşənbəsidir. İsmayıllının Basqal qəsəbəsində də bayram ənənəsinə sadiq qalaraq Rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət İdarəsi və Dövlət Turizm Agentliyi və Basqal Qəsəbə Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Torpaq çərşənbəsi qeyd olunub. Sonuncu çərşənbə olan Torpaq çərşənbəsi xalq arasında "Yer çərşənbəsi”, "İlaxır çərşənbə” də adlanır və bir çox bölgələrdə, hətta Novruz bayramından da çox təmtəraqla qeyd olunur. Torpaq çərşənbəsində tonqal qalanması, plov dəmlənməsi, səməni cücərdilməsi, xonça hazırlanması, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, məzar ziyarəti və s. kimi xalqımızın qədimdən bu günə kimi yaşatdığı bir çox adət-ənənələr var. İnama görə bu çərşənbə vaxtı torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da insanlara baharın gəlişindən müjdə verir.
Torpaq insanlar üçün müqəddəsdir, yaradılışın maddi əsası hesab edilir. Torpağın müqəddəsliyi həm də vətən, yurd, el-oba anlayışı ilə də bağlıdır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır. Yazda torpağın oyanması dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Torpaq çərşənbəsindən sonra torpaq oyanır, əkinə hazır olur. Toxum səpilir, bağ-bağçalarda yeni ağac tingləri əkilir. İlaxır çərşənbəniz mübarək
Geri qayıt |