Əsas Səhifə > İdman > BBC Linekerdən üzr istədi
BBC Linekerdən üzr istədi13-03-2023, 22:47 |
BBC telekanalının rəhbərliyi işdən çıxarılan Qari Linekerdən üzr istəyib. İngiltərəli keçmiş futbolçunun “Match of the Day” verilişinə geri qayıdacağı gözlənilir. “Qari BBC-nin dəyərli üzvüdür. Kanalımızın onun üçün nə qədər vacib olduğunu bilirəm. Həftəsonu yenidən ekranlarımızda olmasını səbirsizliklə gözləyirəm”, - deyə kanalın baş direktoru Tim Deyvi bildirib. Məşhur futbolçu özü də sosial şəbəkədə paylaşım edərək, şənbə günü işinə qayıdacağını təsdiqləyib. Xatırladaq ki, Lineker özünün “Twitter” hesabında İngiltərə hökumətinin qaçqınlarla bağlı siyasətini tənqid etdiyi paylaşıma görə işindən uzaqlaşdırılmışdı. Mənbə: “CNN Turk” Şəffaflıq.az Geri qayıt |