Əsas Səhifə > Cəmiyyət > Lənkəranda antisanitar şəraitdə işləyən toyuq sexi aşkarlanıb - FOTO

Lənkəranda antisanitar şəraitdə işləyən toyuq sexi aşkarlanıb - FOTO


13-03-2023, 17:55


Lənkəran rayonu, Lənkəran şəhəri, Koroğlu küçəsində fəaliyyət göstərən bazarda fiziki şəxs Hüseynov Elşən Mirzə oğluna məxsus toyuq emalı sexində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. 

Bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının tələblərinin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, etiketlənmə aparılmadan və baytarlıq-sanitariya ekspertizası keçirilmədən məhsulların satışının həyata keçirildiyi, həmçinin avtonom havalandırma sisteminin mövcud olmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisənin fəaliyyəti dayandırılıb.

AQTA əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.




Şəffaflıq.az

Geri qayıt