Əsas Səhifə > Hadisə > Azərbaycanda gənc oğlanı şəkilləri ilə şantaj etdilər

Azərbaycanda gənc oğlanı şəkilləri ilə şantaj etdilər


13-03-2023, 17:47


Azərbaycanda gənc oğlan şantaj edilib

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini R.A. polisə müraciət edərək sosial şəbəkədə tanış olduğu oğlan tərəfindən şantaj olunduğunu bildirib. 

C.M. adlı şəxs R.A.-nı şəkilləri ilə şantaj edərək onun pulunu mənimsəyib. 

Daxil olan şikayət əsasında Abşeron Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.


Geri qayıt