Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiya, Türkiyə, İran və Suriya XİN nümayəndələri martın 15-16-da Moskvada görüşəcək

Rusiya, Türkiyə, İran və Suriya XİN nümayəndələri martın 15-16-da Moskvada görüşəcək


13-03-2023, 13:10


Türkiyə, Rusiya, İran və Suriya Xarici İşlər nazirliklərinin nümayəndə heyətlərinin görüşü martın 15-16-da Moskvada baş tutacaq.

Şəffaflıq.az  xəbər verir ki, xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq görüş Suriya mövzusuna həsr olunacaq. Görüşün digər təfərrüatları açıqlanmır.

Xatırladaq ki, martın 9-da İranın Rusiyadakı səfiri Kazem Cəlali rəsmi Tehranın görüşdə iştirak edəcəyini bildirib.


Geri qayıt