Əsas Səhifə > REGİON > SON DƏQİQƏ: dəhşətli hücum, Türkiyə ilk ŞƏHİDLƏRİNİ VERDİ

SON DƏQİQƏ: dəhşətli hücum, Türkiyə ilk ŞƏHİDLƏRİNİ VERDİ


10-10-2019, 22:29

 

Suriyada PYD/YPG terrorçularının Türkiyənin Şanlıurfa bölgəsinə raket atması nəticəsində 3 mülki şəxs həlak olub.

Şəffaflıq.az
publika.az-a istinadən xəbər verir ki, bu barədə Şanlıurfa Valiliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Suriya tərəfindən atılan raket mərmiləri nəticəsində “Sülh Çeşməsi” əməliyyatının ilk şəhidləri verilib: “Onlardan biri suriyalı olan 9 aylıq körpə - Məhəmməd Omardır, digər şəhid isə vergi dairəsində çalışan məmur Cihan Güneşdir”.

Nusaybin qəsəbəsində də bir nəfər şəhid olub, 7 vətəndaş yaralanıb. Hücum nəticəsində ümumilikdə 46 mülki şəxs yaralanıb.
Geri qayıt