Əsas Səhifə > Hadisə > Xaçmazda 85 yaşlı kişi ehtiyatsızlıqdan yanaraq ölüb
Xaçmazda 85 yaşlı kişi ehtiyatsızlıqdan yanaraq ölüb13-03-2023, 03:11 |
Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ahıl kişi yanaraq ölüb. "Report"un Şimal bürosu xəbər verir ki, 1938-ci il təvəllüdlü Zamanov Kamal Namik oğlu yaşadığı evdə istilik sobasının üstünə yıxılıb, nəticədə yanıq xəsarətləri alaraq ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |