Əsas Səhifə > XARİCİ XƏBƏR > Daha bir partiya sədri Türkiyə prezidentliyinə namizəd oldu

Daha bir partiya sədri Türkiyə prezidentliyinə namizəd oldu


12-03-2023, 23:59


Türkiyədə qarşıdangələn prezident seçkilərində daha bir namizəd açıqlanıb.

Belə ki, Məmləkət Partiyasının lideri Məhərrəm İncə prezidentliyə namizədliyini bəyan edib.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.

Xatırladaq ki, bir müddət öncə 6 siyasi partiyanı özündə birləşdirən Millət İttifaqı Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun seçkilərdə vahid namizədliyini irəli sürmüşdü.

Şəffaflıq.az


Geri qayıt