Əsas Səhifə > Mədəniyyət > Urmiyada güneyli aktyor həbs edilib - FOTO

Urmiyada güneyli aktyor həbs edilib - FOTO


10-03-2023, 15:25


İranda azərbaycanlı incəsənət xadimi və aktyor Rza Purcəfər İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Urmiya sakini olan Purcəfərin saxlanılma səbəbi və ona qarşı irəli sürülən ittihamlar barədə dəqiq məlumat yoxdur.

O da vurğulanıb ki, saxlanıldığı vaxtdan bəri onun “Instagram” hesabı da bağlanıb.

 Şəffaflıq.az 


Geri qayıt