Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ İrana kömək edən Çin şirkətlərinə sanksiyalar tətbiq etdi

ABŞ İrana kömək edən Çin şirkətlərinə sanksiyalar tətbiq etdi


9-03-2023, 23:33


Martın 9-da Amerika Birləşmiş Ştatları İranda PUA proqramını dəstəkləyən bir sıra Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ-nin Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İrana dəstək verən beş şirkət və bir fiziki şəxsdən ibarət şəbəkəyə qarşı məhdudiyyətlər tətbiq edilib.

Bildirilib ki, bu şirkətlərin şəbəkəsi Çində yerləşir və PUA-lar üçün istifadə oluna bilən elementlər də daxil olmaqla, aerokosmik komponentlərin satışı və tədarükünü həyata keçirirlər.

Mənbə: gazeta.ru

Şəffaflıq.az


Geri qayıt