Əsas Səhifə > XARİCİ XƏBƏR > Moskva sakini 8 martda sevgilisinə hədiyyə almadığı üçün pəncərədən atılıb - FOTO
Moskva sakini 8 martda sevgilisinə hədiyyə almadığı üçün pəncərədən atılıb - FOTO9-03-2023, 18:00 |
Rusiyanın Moskva şəhər sakini 8 martda sevgilisinə hədiyyə almadığı üçün özünü pəncərədən atıb. 35 yaşlı kişini huşsuz vəziyyətdə qonşusu tapıb. Hadisə yerinə gələn polis əməkdaşları zərərçəkmişi həkimlərə təhvil versələr də, o, təcili yardım maşınında dünyasını dəyişib. Məlum olub ki, ölən şəxs həyatının son dəqiqələrində hamilə olan sevgilisinin şikayətlərinə qulaq asıb. Həmin gün günorta qadın mətbəxdə kişini Beynəlxalq Qadınlar Günündə ona heç nə almadığı üçün danlayıb. Bir məqamda kişinin əsəbləri dözməyib və o, səssizcə yeddinci mərtəbədəki evlərinin pəncərəsinə yaxınlaşıb, irəliyə doğru addım atıb. Qadının dediyinə görə, bu yaxınlarda beş ilə yaxındır bir yerdə yaşadığı sevgilisini işdən çıxarıblar. Onların başqa bir uşağı da var, ailəsini çətinliklə dolandıran kişinin hədiyyə üçün pulu olmayıb. Mənbə: SHOT “Telegram” Şəffaflıq.az Geri qayıt |