Əsas Səhifə > XARİCİ XƏBƏR > Ulduz futbolçu Gürcüstandakı etirazlara dəstək oldu

Ulduz futbolçu Gürcüstandakı etirazlara dəstək oldu


8-03-2023, 18:09


“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya sosial şəbəkə hesablarında vətəni Gürcüstanda baş verən iğtişaşlarla bağlı paylaşım edib. Ulduz oyunçu xarici agentlər haqqında qanunun tətbiqinə etiraz edənləri dəstəkləyib.

“Gürcüstanın gələcəyi Avropadadır”, - deyə Kvaratsxeliya özünün “Facebook” hesabında yazıb.

Xatırladaq ki, Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinin parlament tərəfindən birinci oxunuşda qəbul edilməsi ölkədə etirazlara səbəb olub.

Şəffaflıq.az


Geri qayıt