Əsas Səhifə > XARİCİ XƏBƏR > İran hökuməti 8 Mart tədbirlərinin qarşısını almaq üçün səfərbər olub - VİDEO

İran hökuməti 8 Mart tədbirlərinin qarşısını almaq üçün səfərbər olub - VİDEO


8-03-2023, 17:53


İran hökuməti 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə hüquq mühafizə orqanlarına xüsusi tapşırıqlar verib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.

Belə ki, hökumət Qərbi Azərbaycan əyalətinin Sınandaş (Sənnəndəc) şəhərində 8 Mart - Beynəlxalq Qadınlar Günü keçirilməsini nəzərdə tutan aksiyanın qarşısını almaq məqsədilə canlı qüvvələrini səfərbər edib.

Polis qadınların küçələrdə toplu halda yığışmasının qarşısını alıb, ciddi təhlükəsizlik tədbirləri həyata keçirib.

 Şəffaflıq.az 


Geri qayıt