Əsas Səhifə > XARİCİ XƏBƏR > Rumıniya parlamenti Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnamə qəbul edib
Rumıniya parlamenti Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnamə qəbul edib8-03-2023, 17:32 |
Rumıniya parlamenti Rusiyanın Ukrayna ərazisinə hücumunu pisləyən qətnamə qəbul edib. Şəffaflıq.az xəbər verir ki, sənəddə Rumıniyanın Ukraynaya dəstəyi ifadə oluunub. Parlamentarilər Kremli Ukraynaya qarşı təcavüzü dayandırmağa və qoşunları çıxarmağa çağırıblar: “Rusiyanın 2014-cü ildən başlayaraq Ukraynanın sərhədlərini güc yolu ilə dəyişdirmək cəhdləri BMT Nizamnaməsi, beynəlxalq hüququn, habelə Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır”. Rumıniya həmçinin Rusiyadan Ukraynaya və digər dövlətlərə qarşı nüvə təhdidlərini, habelə Ukraynanın guya bioloji silahdan istifadə etməsi ilə bağlı uydurma ittihamları dayandırmağı tələb edir. Bundan əlavə, Rumıniya parlamentariləri Aİ və NATO-nu Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıblar: “Sanksiyalar Ukraynada törədilmiş cinayətlərə görə birbaşa məsuliyyət daşıyanlara - Prezident Vladimir Putinə və onun bütün rejiminə yönəldilməlidir”. Rumıniya Ukraynanın Aİ-yə daxil olmasını, eləcə də Moldova və Gürcüstanın Avropaya inteqrasiyasını dəstəkləyəcəyini vurğulayıb. Qeyd edək ki, daha əvvəl Rumıniya Avropa İttifaqına Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi təklif edib. Geri qayıt |