Əsas Səhifə > Dünya > “Kütləvi qırğın silahları olmadığı halda, bu iddia ilə Yaxın Şərqə daxil olduq” - TRAMPDAN TARİXİ ETİRAF
“Kütləvi qırğın silahları olmadığı halda, bu iddia ilə Yaxın Şərqə daxil olduq” - TRAMPDAN TARİXİ ETİRAF9-10-2019, 23:31 |
“Minlərlə hərbçimiz və qarşı tərəfdən milyonlarla insan öldü” Şəffaflıq.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp kütləvi qırğın silahlarının olması kimi yanlış və səhv olduğu isbat edilmiş bir bəhanə ilə Yaxın Şərqə (21 mart 2003-cü il tarixində ABŞ kütləvi qırğın silahlarına malik olduğu iddiası ilə İraq dövlətini işğal etməyə başlamışdı) daxil olduqlarını, lakin bölgədə bu silahların olmadığını söyləyib. “Yaxın Şərqdəki döyüşlərə 8 trilyon dollar xərcləndi” Tramp “Tvitter” hesabındakı açıqlamasında Birləşmiş Ştatların Yaxın Şərq siyasətini tənqid edərək yazıb: “ABŞ Yaxın Şərqdə polislik fəaliyyətinə və döyüşlərə 8 trilyon dollar xərclədi. Minlərlə uca hərbçimiz öldü və ya ağır yaralandı. Qarşı tərəfdən milyonlarla insan həlak oldu. Yaxın Şərqə daxil olmaq ölkəmizin tarixi boyunca verilən ən pis qərardır”. “Kütləvi qırğın silahları heç olmamışdı” Tramp yazıb: “(Kütləvi qırğın silahları) heç yox idi. İndi uca hərbçilərimizi və ordumuzu yavaş və diqqətli şəkildə evə gətiririk”. Geri qayıt |