Əsas Səhifə > Sosial > Bakı Şəhər Dövlət Yol Polis İdarəsi xanım sürücüləri və piyadaları təbrik edib

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi xanım sürücüləri və piyadaları təbrik edib


8-03-2023, 15:00


Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) əməkdaşları xanım sürücüləri və piyada xanımları təbrik edib.

Şəffaflıq.az xəbər verir ki, onlar qadın sürücüləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

BŞDYPİ-nin əməkdaşları xanım sürücülərin idarə etdiyi avtomobilləri saxlayıb sükan arxasında əyləşən zərif cinsin nümayəndələrinə gül dəstələri və hədiyyələr təqdim edib, onlara 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıblar.

Bayram münasibətilə həmçinin, avtobusda olan qadın sərnişin və piyada xanımlara da yol polis əməkdaşları tərəfindən gül dəstələri təqdim edilib.


Geri qayıt