Əsas Səhifə > MANŞET / REGİON / Cəmiyyət > Şamaxı rayon Sabirli kəndində Şəhid Cavid Süleymanovun əziz xatirəsinə bulaq kompleksinin açılışı olub.-FOTO/VİDEO

Şamaxı rayon Sabirli kəndində Şəhid Cavid Süleymanovun əziz xatirəsinə bulaq kompleksinin açılışı olub.-FOTO/VİDEO


7-03-2023, 17:17

07.03.2023-cü il tarixində Şamaxı rayon Sabirli kəndində Şəhid Cavid Süleymanovun əziz xatirəsinə bulaq kompleksinin açılışı olub.

Şəffaflıq.az xəbər verir ki, il tədbirdə Şamaxı  rayon icra hakimiyyətinin  məsul əməkdaşları,hüquq-mühafizə orqanları, Şamaxı Rayonu Sabirli Kənd məktəbin kollektivi və şagirdləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər."Qarabağ qaziləri" İB-ın  Şamaxı rayon üzrə nümayəndələri, və ictimaiyyət nümayəndələri iştirak edib.

Cavid Süleymanov 21.06.1973 tarixində Şamaxı rayonu Osmanbeyli kəndində anadan olub. 1991 ci ildə sovet ordusuna hərbi xidmətə gedib. 1992 ci ildə vətənə geri qaydıb və könüllü olaraq Qarabağ döyüşlərində Mingəçevir botaliyonunda döyüşlərə qatılıb. 1993 cü il mart ayın 6-da Ağdərə rayonun Çardaxlı kəndi uğrunda gedən döyüşdə Şəhid olub.

1980–1990 illər arası Osmanbəyli orta məktəbi bitirib. (Hal-hazırda həmin məktəb Şəhid Süleymanov Cavidin adını daşıyır.)

Süleymanov Cavid Feyruz oğlu 1973-cü ilin 21 iyununda Şamaxı Rayonu Sabirli Kəndində anadan olub.1990cı ildə həmin məktəbin 10-cu sinifini bitirib.1991-ci ildə keçmiş Sovet Ordusu sıraları hərbi xidmətinə çağırılmış və Moskva Şəhərində hərbi hissələrin birində xidmət etmişdir.

  onsuzda narahat günlər yaşadığı bir dövürdə orduya çağrılmış Cavid Yuxarı Qarabağda Ermənilərin özbaşınalıqlarına qarşı döyüşmək üçün 1992-ci ilin sentiyabrında xidmət etdiyi hərbi hissəni tərk edir,və Bakıya gəlir.Zığda Yerləşən N saylı Hərbi hissədə xidmətini davam etdirir və  1993-cü ilin Fevral ayında öz xahişi ilə Cəbhəyə getmək həsrəti ilə yaşayan 24 nəfər əsgər yoldaşı ilə birlikdə Ağdərəyə göndərilir.Elə ilk günlərdən Mingəçevir batalyonu tərkibində bir neçə döyüşdə iştirak edir. Batalyon komandiri Namiq Ələkbərovun dediyinə görə Cavid elə ilk döyüşdən özünün hərbi hazırlığı vətənpərvərliyi ilə fərqlənir. Həmin ilin Mart ayının 4-də Ağdərənin Çardaxlı kəndi (keçmiş vaquaz)uğrunda gedən döyüş Cavidin nifrət və hiddət bəslədiyi yağı düşmənlə son savaşı oldu. Cavid Süleymanov beləcə əbədi Şəhidlik Zirvəsinə qovuşdu,və oxuduğu Sabirli kənd orta məktəbi torpaqlarımızın bütövlüyü yolunda canını qurban etmiş Cavid Feyruz oğlu adına verilib.



Vahid İsmayılov.

Şəffaflıq.az



Geri qayıt