Əsas Səhifə > XARİCİ XƏBƏR > Sabah Fransanı “qara gün” gözləyir
Sabah Fransanı “qara gün” gözləyir6-03-2023, 17:14 |
Fransanı sabah bütün ölkədə keçiriləcək kütləvi tətillər və etirazlar səbəbi ilə “qara gün” gözləyir. Belə ki, ölkənin ən böyük həmkarlar ittifaqları pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan mübahisəli islahat əleyhinə sabah ümumi tətilə qərar verdikləri üçün həyat dayanacaq. Başda nəqliyyat, enerji, səhiyyə və təhsil olmaqla demək olar ki, bütün sektorlar tətilə qoşulacaq. Ölkənin rəsmi dəmir yolu operatoru SNCF xəbərdarlıq edib ki, qatar xidmətlərində böyük fasilələr yaranacaq və gün ərzində bəzi ərazilərə daşıma tamamilə dayanacaq. Ölkə daxilində 1,5 milyondan çox adamın küçələrə çıxacağı təxmin edilir. Hava limanlarında uçuşlarda fasilələr olacağı bildirilib. Mənbə: Anadolu Şəffaflıq.az Geri qayıt |