Əsas Səhifə > XARİCİ XƏBƏR > Çin hərbi büdcəsini əhəmiyyətli dərəcədə artırır

Çin hərbi büdcəsini əhəmiyyətli dərəcədə artırır


6-03-2023, 09:19


2023-cü ildə Çin müdafiə büdcəsini 7,2% artıracaq.

Bu barədə məlumat 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının 1-ci sessiyasının açılışında dərc edilmiş ölkənin büdcə layihəsində verilib.

“Milli müdafiə xərcləri 7,2% artımla 1,553 trilyon yuan (təxminən 224,85 milyard dollar) təşkil edir”, - sənəddə deyilir.

Bundan əvvəl 14-cü Yığıncağın 1-ci sessiyasının rəsmi nümayəndəsi Vanq Çao müdafiə xərclərinin artırılmasını “çətin çağırışlara” reaksiya kimi izah edib.

Qeyd edək ki, bir il əvvəl Çin müdafiə büdcəsini 7,1%, 2021-ci ildə isə 6,8% artırıb.

Mənbə: RenTV

Şəffaflıq.az


Geri qayıt