| Əsas Səhifə > Cəmiyyət > Qaradağ rayonunun 10-cu Polis Bölməsinə rəis təyin edilib Qaradağ rayonunun 10-cu Polis Bölməsinə rəis təyin edilib5-03-2023, 20:20 | 
| 
 Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Şəffaflıq.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı müvafiq əmri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ramil Salayev vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə Ramil Salayev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub. Geri qayıt |