Əsas Səhifə > Dünya > BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin səfirləri Türkiyə XİN-ə çağırıldı
BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin səfirləri Türkiyə XİN-ə çağırıldı9-10-2019, 23:23 |
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına üzv olan dövlətlərin Türkiyədəki səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy bildirib. Nazirlik rəsmisi qeyd edib ki, diplomatların XİN-ə çağırılmasında məqsəd Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Barış bulağı" adlı hərbi əməliyyatlar barədə səfirləri məlumatlandırmaqdır. Şəffaflıq.az Geri qayıt |