Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb.
Azərbaycanda indiyədək ümumilikdə 828 721 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 383 nəfər müalicə olunaraq sağalıb, 10 129 nəfər vəfat edib, aktiv xəstə sayı 209 nəfərdir.
Ölkədə son sutka ərzində 912, hazırkı dövrədək isə 7 532 345 test aparılıb.