Əsas Səhifə > Hadisə > Qobustan Rayonuda 22 yaşlı qızın DƏHŞƏTLİ SONU – Hamamda yuyunarkən...

Qobustan Rayonuda 22 yaşlı qızın DƏHŞƏTLİ SONU – Hamamda yuyunarkən...


5-12-2018, 21:19

 Qobustan rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
 Şəffaflıq.az xəbər verir ki, Qobustan rayonun Nabur kəndində yaşayan 1996-cı il təvəllüdlü Abduləliyeva Şəbnəm Namiq qızı yaşadığı evin həyətindəki hamamda vəfat edib. Hamamda yuyunan 22 yaşlı Şəbnəmin geri qayıtmadığını görən ailə üzvləri narahatlıq keçirib və qapını sındırıblar. Məlum olub ki, gənc qadın dəm qazından boğularaq ölüb.Qobustan
Bildirilir ki, hadisəyə hamamda qazla işləyən su qızdırıcısından ayrılan dəm qazı səbəb olub.
Vəfat edən Şəbnəm Abduləliyeva ailəli olub.
Faktla bağlı Qobustan rayon Prokurorluğunda araşdırma aparılır
.
Geri qayıt