Əsas Səhifə > XARİCİ XƏBƏR > İranda günün FOTOsu

İranda günün FOTOsu


5-03-2023, 11:47


İranın yarımhərbi və radikal Bəsic qüvvələrinin üzvünün əlində kimyəvi-bioloji qazla qızlar məktəbinə hücum etməsi ölkədə ciddi narazalıqlara səbəb olub.

“Azad İran” “Telegram” kanalında “Günün fotosu” başlığı altında sözügedən hücumun karikaturası təsvir olunub.

Qeyd edək ki, son günlər İranın demək olar ki, əksər şəhərlərində əsasən qızların təhsil aldıqları məktəb və liseylərə müəmmalı kimyəvi hücumlar təşkil edilib ki, nəticədə çox sayda qız şagird zəhərlənib və hətta bir neçəsi həyatını itirib. Bu hadisəyə valideynlər kəskin etirazlarını bildirirlər.

Çox güman ki, qızlar məktəbinə kimyəvi hücumdan məqsəd son bir neçə ayda ölkənin yer bir yerində qız şagirdlərin məcburi hicaba etiraz etməsi olub.

İndi hakimiyyət bunun qisasını qeyri-insani şəkildə azyaşlı qızlardan alır.

Şəffaflıq.az

 


Geri qayıt