Əsas Səhifə > Cəmiyyət > “Azərpoçt” MMC-dən silahlı basqında ölən şəxslə bağlı AÇIQLAMA

“Azərpoçt” MMC-dən silahlı basqında ölən şəxslə bağlı AÇIQLAMA


4-03-2023, 17:06


Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxsin “Azərpoçt” MMC-nin İnkassasiya Xidmətinin əməkdaşı olduğuna dair məlumatlar yayılıb. 

“Azərpoçt” MMC-nin mətbuat xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bakıda silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həsənov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin əməkdaşı deyil”.

Könül Cəfərli

Şəffaflıq.az


Geri qayıt