Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ-də “beyin yeyən amöb” can aldı - FOTO

ABŞ-də “beyin yeyən amöb” can aldı - FOTO


4-03-2023, 10:46


ABŞ-nin Florida ştatının sakinini “beyin yeyən amöb” öldürüb.

Florida səhiyyə mütəxəssisləri onun burun deşiklərini kran suyu ilə yuduqdan sonra amöbün orqanizminə düşdüyünü açıqlayıblar.

Dövlət Səhiyyə Təşkilatının sözçüsü xəstənin öldüyünü təsdiqləyib.

“Naegleria fowleri” adlanan təkhüceyrəli amöb beyində infeksiyaya yol açır və çox vaxt ölümcül olur. Əsasən, göl və çay kimi şirin sularda rast gəlinən təkhüceyrəli “Naegleria fowleri” yalnız burun yolu ilə orqanizmə daxil olur və insandan-insana keçmir.

Qoxu kanalına daxil olan amöblər burunun selikli qişasından keçərək qoxu siniri vasitəsilə onurğa-beyin mayesində və beyində yerləşir, ölümcül xəstəlik olan meningitin yaranmasına səbəb olurlar.

Bu amöblə yoluxan insanlarda boyun və baş ağrısı, həmçinin yüksək hərarət, ürəkbulanma və qusma kimi simptomlar özünü göstərir. Xəstələrin çoxu, adətən, bir həftə ərzində həyatını itirir. Əksər yoluxma hallarında qısa müddət ərzində şüur bulanıqlığı, koma və ölüm baş verir.

“Beyin yeyən amöb” buruna daxil olan çirkli su ilə yoluxur. Çox nadir hallarda kifayət qədər xlorlanmamış hovuzlara baş vurulması və ya burunun amöblə çirklənmiş su ilə təmizlənməsi nəticəsində bədənə daxil ola bilir.







Mənbə: NTV.com.tr

Şəffaflıq.az


Geri qayıt