Əsas Səhifə > Cəmiyyət > İlham Əliyev yunanıstanlı həmkarına başsağlığı verdi

İlham Əliyev yunanıstanlı həmkarına başsağlığı verdi


3-03-2023, 17:10


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya başsağlığı verib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Şəffaflıq.az


Geri qayıt